Türkiyədə yaşlı kişi öz traktorunun altında qalaraq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ədirnə şəhərinin Keşan qəsəbəsində qeydə alınıb.
76 yaşlı Hüseyn Öztürk həyətin qapısını açmaq üçün traktordan enib. O, əl əyləcini çəkmədiyi üçün nəqliyyat vasitəsi bir anda hərkətə keçib və Öztürkün əzərək üstündən keçib. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.
Araşdırma aparılır.
