2026-cı ilin birinci rübündə RusiyanınNijni Novqorod vilayətinin məhkəmə icraçıları 496 miqrantı ölkədən deportasiya ediblər.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Regional Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, onların əksəriyyəti Özbəkistan, Tacikistan, Azərbaycan, Ermənistan, Qırğızıstan və Türkmənistandan olub.
Deportasiya edilənlər arasında Qana, Kuba, Konqo, Misir, Hindistan, Vyetnam və Kotdivuar vətəndaşları da var.