Rusiyanın Xanti-Mansisk Muxtar Dairəsində məhkəmə icraçıları qanunsuz yaşayan 244 xarici vətəndaşı Rusiyanın hüdudlarından kənara çıxarıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların hamısı işləmək üçün gəlib və Rusiya Federasiyasının ərazisində buna hüquqları olmadan qalıblar.
2025-ci ilin ilk doqquz ayında 63 Tacikistan, 82 Özbəkistan, 24 Qırğızıstan və 40 Azərbaycan vətəndaşı deportasiya olunub. Ən az qanunsuz miqrant isə Kamerun, Kuba və Çin Xalq Respublikası vətəndaşları arasında olub. Bu ölkələrdən hər birindən 19 nəfər geri göndərilib.
Bütün miqrantlar Rusiyada qalma qaydalarını pozublar. Məhkəmə onlara cərimələr təyin edib və məcburi qaydada ölkədən çıxarılmaları barədə qərar verib. Vətənə göndərilmədən əvvəl xaricilər Yuqradakı müvəqqəti saxlama mərkəzlərində saxlanılıb.
Məlumata görə, hazırda Surqutdakı müvəqqəti saxlama mərkəzində 77 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs qalır. Onlar məhkəmə qərarlarının icrasını gözləyirlər.