2018-2023-cü illərdə həbsxanalarda ümumilikdə 2258 məhkum ölüb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Cümhuriyyət Halk Partiyasının Aydın vilayətindən olan millət vəkili Süleyman Bülbül Türkiyə Böyük Millət Məclisinə iki ayrı yazılı sual təqdim edərək, ədliyyə naziri Yılmaz Tunçdan koronavirus eləcə də səhlənkarlıq nəticəsində həbsxanada vəfat edən məhbus və məhkumlarla bağlı cavab verməsini istəyib.
Nazir isə bu barədə heç bir statistik qeyd olmadığını açıqlayıb.
Cavabında isə deputat həbsxanalarda məhkumların səhlənkarlıq, intihar və digər səbəblərlə ölməsinin araşdırılmasını, onların ölümündə əli olanların cəzalanmasını tələb edib.