13-cü mərtəbədən yıxılan məktəbli sağ qaldı
26 noyabr 2024 15:37 (UTC +04:00)

13-cü mərtəbədən yıxılan məktəbli sağ qaldı

Rusiyanın Sankt-Peterburq şəhərində məktəbli qız 13-cü mərtəbənin eyvanından yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 12 yaşlı 6-cı sinif şagirdi 13-cü mərtəbədən yıxılıb. Hadisə noyabrın 25-də baş verib. Qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlər məktəbli qıza çoxlu xəsarətlər, o cümlədən onurğa sınığı diaqnozu qoyublar. Hadisənin səbəbləri barədə heç nə məlum deyil. Artıq hüquq-mühafizə orqanları cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar