Bakıda 2 yaşlı oğlanın əli ətçəkən maşında qaldı
3 saylı şəhər Xəstəxanasından Lent.az-a verilən məlumata görə, 2 yaşlı oğlan xəstəxanaya çatdırılıb. 2009-cu ildə anadan olmuş Əli Hüseynovu xəstəxanaya valideynləri gətirib. Qəbul olunan zaman 2 yaşı hələ tamam olmamış körpənin əli elektrik ət maşınında sıxılmış vəziyyətdə qalıbmış. Lakin həkimlərin səylərinə baxmayaraq, uşağın əlini aparatın içindən çıxarmaq mümkün olmayıb və körpə təcili tibbi yardım maşını ilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Nərimanov postuna gətirilib.
Burada xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ət maşınının detallarını kəsib və uşağın əlini ət maşınından çıxarıb.
Ə.Hüseynov saat 21.00 radələrində 3 saylı şəhər Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Nizam Rza

Oxşar yazılar

Masazırda baş verən yanğın söndürüldü - VİDEO
3 iyul 2025 , 00:05
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı
2 iyul 2025 , 20:52
Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatdı
2 iyul 2025 , 19:37Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45