Bakıda 35 evi qarət edən oğru tutuldu
14 sentyabr 2009 14:45 (UTC +04:00)

Bakıda 35 evi qarət edən oğru tutuldu

Ondan narkotik vasitə götürülüb

Sentyabrın 12-də Yasamal RPİ Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1986-cı il təvəllüdlü Ələsgərov Ramil Ramiz oğlundan 1,084 qram narkotik vasitə olan heroin və 6 tabletka müxtəlif növ uyuşdurucu maddə aşkarlanıb.


Bu barədə Lent.az-a Bakı şəhər baş Polia İdarəsindən məlumat verilib. Araşdırma zamanı məlum olub ki, R.Ələsgərov təxminən aprel ayından sentyabr ayına kimi müxtəlif vaxtlarda Ədalət Abbasovun, Müqabil Quliyevin, Səyyarə Həziyevanın, Pünhanə Abdullayevanın, Sadiq Məmmədovun, Eyvaz Xudaverdiyevin, Umran Kirmanovun, Tavat Məmişova, Ramil Qəhrəmanov, Nicat İmanovun, Nəsimi Şahbazovun, Svetlana Sayqılının, Qədir Qənbərovun, Etibar Həsənovun, Elçin Nərimanovun, Natiq Babayevin, Nazilə Hətəmovanın, İlkin Nağıyevin, Valentina Xaritonovaya, Bəhruz İsrafilovun, İxtiyar Səfərovun, Ramiz Dadaşəliyevin, Vaqif Lələliyevin, Şəlalə Nəsirovanın, Hüseynağa Əhmədovun, Ələkbər Məmmədovun, Elmira Muradovun, Vahid Hacıyevin, Sadıq Qurbanovun, Əlihüseyn Kələşovun, Cəlal Həsənovun, Rəqsanə Məmmədovanın, Rövşən Hüseynovun, Həmidə Cəbrayılovanın, Mirzəağa Həsənovanın mənzillərindən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlayıb.

Onun iyulun 26-da Binəqədi şossesində yaşayan Aygün Adıgözəlovaya məxsus "Hyundai" markalı, 10-UC-280 dövlət nömrə nişanlı avtosmaşından şəxsiyyət vəsiqəsi, 28 manat və qızıl-zinət əşyaları oğurladığı da müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15