İqbal Ağazadənin qohumunun qatili ilə eyni ad-soyadlı şəxs Bakıda tutulub
İdarədən Lent.az-a verilən məlumata görə, 1984-cü il təvəllüdlü E.Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olub.
O, təyyarə ilə Moskvadan Bakıya gələrkən aeroportda yaxalanıb.
Xatırladaq ki, tutulan şəxslə ad, soyad , ata adı və hətta təvəllüdü eyni olan şəxsin bir müddət əvvəl Rusiyanın Belqorod şəhərində həbs edildiyi barədə məlumat yayılmışdı.
Rusiyada tutulan həmin şəxs Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin fərarilik maddəsi ilə axtarışda olub. Lakin sonradan onun ağır və xüsusilə ağır cinayətlər törətdiyi üzə çıxıb. Belə ki, adıçəkilən şəxs bu il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi öldürməkdə, atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir (Balayevlər millət vəkili İqbal Ağazadənin qohumlarıdır). Bundan başqa o, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, habelə həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə günahlandırılır. E.Xəlilov Tağıyev qəsəbəsində polis əməkdaşını qətlə yetirəndən sonra onların tabel silahını da götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında istifadə olunan tapançanın məhz həmin polis əməkdaşının tabel silahı olduğu sübuta yetirilib.
E.Xəlilovun Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törətdiyi, bir neçə valyutadəyişmə məntəqəsinə basqın edərək külli miqdarda pul apardığı qeyd olunur. Hüquq-mühafizə orqanlarından bildirilib ki, E. Xəlilov Rusiyada saxlanarkən çoban qiyafəsində olub.
Lakin Bakıda hava limanında saxlanılan şəxsin məhz həmin Elbrus Xəlilov olub-olmadığı hələlik bilinmir.
Araşdırmalarımız davam edir.
Nizam Rza

511