Müqtəda Əs-Sədrdən maştağalılara böyük dəstək
Azərbaycandan Kərbəla ziyarətinə gedən avtobusun naməlum şəxslər tərəfindən güllələnməsi nəticəsində ölən Maştağa sakini, 16 yaşlı Leyla Əhmədovanın cənazəsini İraq şiələrinin və Mehdi Ordusunun lideri lideri Müqtəda Əs Sədr İraq hökumətindən alaraq valideynlərinə təhvil verib. Lent.az-ın xəbərinə görə, bu barədə birlik.az saytı məlumat yayıb.
Məlumatda bildirilib ki, “Əl-Məhdi” Hərəkatının lideri işə qarışıb və azərbaycanlı qızın cənazəsini İraq hökumətindən alaraq valideynlərinə təhvil verib. Əks halda L.Əhmədovanın cənazəsi istintaq getdiyindən və saxta viza ehtimalı ilə vizaların yoxlanmasından ötrü hələ bir neçə gün də İraq hüquq – mühafizə orqanlarının tibb mərkəzində qalmalı imiş. Ümumiyyətlə, İraq hökuməti cənazənin İraqda yox, Azərbaycana dəfn olunmasını istəyirmiş. Problemi Müqtəda Əs Sədr həll edib. L.Əhmədova Nəcəf şəhərində dəfn olunub.
Leyla Əhmədovanın yaxın qohumları Lent.az-a gənc qızın fevralın 2-də Nəcəf şəhərində dəfn olunduğunu bildiriblər. Onların sözlərinə görə, L.Əhmədovanın valideynləri hələ də İraqdadır.
Xatırladaq ki, yanvarın 27-də Kərbəla ziyarətinə gedən Maştağa sakinlərinin avtobusu İraqın Samirə şəhərində naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Nəticədə Maştağa sakini 16 yaşlı Leyla Əhmədova ölüb, daha iki azərbaycanlı isə yaralanıb.
Fərid Əkbərov

726