Xalçanı yerdən götürmədən  necə yumaq olar? – Suya ehtiyac yoxdur
03 fevral 2024 11:48 (UTC +04:00)

Xalçanı yerdən götürmədən necə yumaq olar? – Suya ehtiyac yoxdur

Müasir mənzillərdə əvvəlki illərə nisbətən xalçalardan daha az istifadə olunur. Buna baxmayaraq, bu interyer detalı hələ də mövcuddur. Bununla da kilim və xalçaların təmizlənməsi məsələsi hələ də aktual olaraq qalır.

Lent.az xarici mediaya istinadən xalçanı döşəmədən çıxarmadan təmizləmə üsulunu təqdim edir. 

Üstəlik, bu yuyulma üsulu su istifadə edilmədən həyata keçirilir.

Ancaq buna baxmayaraq aparılan təmizləmə sayəsində xalçanın daha təravətli və parlaq görünməsinə zəmanət verilir.

Belə ki, söhbət toz və kiri aradan qaldırmaq özəlliyinə sahib olan sodadan gedir. 

Xalçanın üzərinə soda səpin, ləkələnmiş və ya çox köhnəlmiş hissələrə xüsusi diqqət yetirin. Xalçanın səthini fırça ilə ovuşdurun və bir saat buraxın. Daha sonra xalçanı tozsoranlayın. 

Nəzərə alın ki, uzun xovlu xalçalar üçün sodanın tamamilə çıxarılması üçün vakuumlama prosesi bir neçə dəfə təkrarlanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23589
avatar

Sevinc Fərid

Oxşar yazılar