
Təbii qidalardan təmizlik vaistəsi - FOTOLAR
Ev təmizliyi hər kəs üçün vacib və önəmlidi. Çox vaxt kimyəvi tərkibə malik təmizlik vaistələri bəzi insanların sağlamlığında əlavə problemlər yaradır. Ona görə də təbii qidalardan təmizlik vaistəsi kimi istifadə etmək büdccəyə qənaətdir.
Lent.az ev təmizliyində istifadə oluna biləcək qidaları təqdim edir:
Banan – Evdə meyvələrin üzərinə qonan kiçik böcəkləri məhv etmək üçün banan və maye sabununa ehtiyac var. Bir qabın içərisinə qaralmış bananı bir neçə yerə bölün və üzərinə maye sabun əlavə edin. Sabın bananın gözəl qoxusuna gələn böcəklərin uçmasına mane olacaq.
Mədəmizi rahatlatmaq üçün istifadə etdiyimiz mineral su ilə vanna otağındakı güzgüləri, şüşələri silmək də mümkündür.
Əlinizin rahatlıqla təmizləyə bilmədiyi güldanların içərisini düyü ilə təmizləyə bilərsiniz.
Kamenin təmizlənməsi üçün ən sadə üsul kartof qabığıdı. Bunun üçün 48 saat qurudulmuş kartof qabığını kamendə yanıdırırsınız.
Yeməklərə, salatla xüsusi dad verən limon həm də əla təbii təmizlik vaistəsidir. Belə ki, mikrodalğalı sobanı təmizləmək üçün bir qaba su, limon suyu və limon qabığı yerləşdirib, sobanı 3 dəqiqə çalışdırın.
Dəmlənmiş qara çay ilə parketləri parlatmaq və təmizləmək mümkündür.

Nigar Adil
Oxşar yazılar

Ac qalan pişik ölən sahibinin əlini yedi
22 fevral 2021 , 19:19
Qarlı havada insanların ARZULADIQLARI - FOTOLENT
18 fevral 2021 , 18:52
Təmizləməyi unutduğumuz 12 əşya - FOTOLENT
10 fevral 2021 , 18:09
Evdə təbəssüm yaradan kiçik əşyalar - FOTOLENT
8 fevral 2021 , 19:32
Azərbaycanlı ailələr dizaynerlərdən nə tələb edirlər? –Memar-dizayner AÇIQLADI
30 yanvar 2021 , 10:00
Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana - FOTOLENT
27 yanvar 2021 , 19:30
Bu ilin trend xalçaları- Fotolent
18 yanvar 2021 , 13:30