
Sabah Yeni il süfrənizi belə bəzəyin - UĞUR GƏTİRƏCƏK

Yeni ildə hər bir qadın fərqli süfrə dekoru ilə qarşılamaq istəyir. Gözəl görünüşlü süfrə həm şən əhval, həm də uğurlu il təəssüratı yaradır.
Lent.az bayram süfrəsinin fərqli, orijinal və sadə görünməsi üçün vacib olan məqamları təqdim edir:
İllərdi Yeni il süfrəsinə iki rəng hakimdi: qırmızı və ağ. Qırmızı süfrə və ağ parçadan üzəri əl işləri ilə zəngin olan salfetlər masada bayram əhvalını hiss elətdirir. Süfrənizi qırmızı alma və ulduz kurabiyə də əlavə edə bilərsiniz.
Yeni il masasında şamlar da ən çox istifadə olunan detallardandı. Süfrəyə təbii görünüş vermək üçün ağacdan hazırlanan şamdanlardan istifadə olunur. Bundan əlavə təbii qozaları sevdiyiniz rənglə boyayaraq bayram masanızı orijinallıq qata bilərsiniz.
Övladlarınız və qonaqlarınız üçün fərqli nimçə düzümü edə bilərsiniz.
İnanclara görə Yeni il süfrəsində nar və yaşıl yarpaqlar olarsa, il maddi baxımdan sıxıntısız olacaq.
İçki qapaqlarından kiçik qardan adam düzəldərək həm masanız, həm də yolkanız üçün fərqli görünüş verə bilərsiniz.
Yeni il masası üçün kiçik yolka hazırlamaq istəyirsinizsə, o zaman uzun şiş çöpə ağ keçələr keçirin. Üzərini rəngli boyalarla bəzədikdən sonra süfrənizdə mini yolka və dekor olaraq süsləyə bilərsiniz.

Nigar Adil
Oxşar yazılar

Zibil ilə dolu ev: uşaqlara it əti yedizdirən ana - FOTOLENT
27 yanvar 2021 , 19:30
Təbii qidalardan təmizlik vaistəsi - FOTOLAR
27 yanvar 2021 , 17:51
Bu ilin trend xalçaları- Fotolent
18 yanvar 2021 , 13:30
Qışda ev güllərinə qulluq: Bu qaydalara DİQQƏT
14 yanvar 2021 , 18:52Evinizdə sizi yoran 8 səbəb
12 yanvar 2021 , 11:40
"Dünyanın ən qorxunc mənzili" satışa çıxarıldı - FOTO
11 yanvar 2021 , 19:32
Evimizə uğur gətirən güllər- Fotolar
11 yanvar 2021 , 12:56
İnteryer trendləri – Memar-dizaynerdən ilin məsləhəti
7 yanvar 2021 , 09:28