Evimizə uğur gətirən güllər- Fotolar
11 yanvar 2021 12:56 (UTC +04:00)

Evimizə uğur gətirən güllər- Fotolar

Evdəki əşyaların, bitkilərin uğur gətirməsi inancı qədim  tarixə malikdir. Bəzi dibçək çiçəklərinin bizə hansısa enerji ötürdüyü deyilir.

Lent.az xanımlar üçün uğurlu gülləri təqdim edir:

Qədim inanclara görə, zanbaq və ya lilyum çiçəyi ruzi və bərəkət işarəsidir.

Yapon gülü olan krizantem evə müsbət enerji və xoşbəxtlik gətirir. Ev sahibini stressdən uzaq olmağına kömək edir.

Orkide çiçəkləri evdə sülh, barış və hüzuru təmin edir.

Ağ pion və ya şakayık gülü sədaqət, şəfqət çiçəyi kimi qəbul edilir. Qırmızı pion isə şans və sürpriz olaraq evimizə uğur gətirə bilər.

Yaşıl yarpaqlı müxtəlif  güllər isə sağlamlıq göstəricidir.

# 8463
avatar

Nigar Adil

Oxşar yazılar