Zəlzələ nəticəsində 318 nəfər öldü
26 noyabr 2022 22:24 (UTC +04:00)

Zəlzələ nəticəsində 318 nəfər öldü

İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 318-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

14 nəfər itkin düşüb.

Məlumata görə, 7700-dən çox insan xəsarət alıb, 73 mindən çoxu isə təbii fəlakətin nəticələrinə görə hələ də öz evlərinə qayıda bilmir.

Xatırladaq ki, Yava adasında zəlzələ noyabrın 21-də baş verib.

Zəlzələnin episentri paytaxt Cakartadan 74 km cənub-şərqdə yerləşib.

# 1929
avatar

Oxşar yazılar