Yerli sakinlər bu qədər ödənişlə Kabili tərk edə biləcəklər
26 avqust 2021 16:30 (UTC +04:00)

Yerli sakinlər bu qədər ödənişlə Kabili tərk edə biləcəklər

Kabili tərk eləmək istəyən yerli sakinlərə 6500 dollar qarşılığında yardım təklif olunub. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Taliban” rejimi Əfqanıstanın paytaxtı Kabilə daxil olduqdan sonra minlərlə sakin ölkəni tərk etməyə çalışır.

ABŞ özəl təhlükəsizlik şirkəti olan “Blackwater”in qurucusu Erik Princ Əfqanıstana əlavə uçuşlar təşkil edəcəyini və hər biletə görə 6500 dollar verənlərin ölkədən çıxara biləcəyini söyləyib.

Yüzlərlə insan onun bu müraciətinə müsbət reaksiya verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Nigar Adil

Oxşar yazılar