Xərçəngə tutulmayan, 120 il yaşayan HUNZA TÜRKLƏRİ  - FOTO   -VİDEO
28 yanvar 2021 20:15 (UTC +04:00)

Xərçəngə tutulmayan, 120 il yaşayan HUNZA TÜRKLƏRİ - FOTO -VİDEO

Pakistan və Hindistan sərhədində yaşayan hunza türklərinin həyat şərtləri  alimlərin təəccübünə səbəb olub. Kökləri hun türklərindən gələn bu insanlar 110-120 il ömür sürürlər.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, hunzalı qadınlar hətta 65-70 yaşlarında ana olur, xərçəng və digər xəstəliklərdən əziyyət çəkmirlər.

Alimlər bunun səbəbini dənizdən 6 min metr yüksək, bol oksigenli kənddə yaşamaları ilə əlaqələndirirlər. Buz kimi təmiz su içən, öz əkdikləri bitkilərlə qidalanan hunzalıların mətbəxində ət və ədviyyatlı xörəklər üstünlük təşkil edir. Tərkibində şəkər olan heç bir qida qəbul etmirlər.

Danışıq dilləri bruşo olduğundan, onlara bəzən “bruşolar” da deyilir. Özləri isə bir-birlərinə “hunzakut” deyirlər. Əsirlərdi hər yerdən təcrid olunaraq həyat sürən hunza sülalə başçıları “Mir” adlandırdıqları qurumda cəm olurlar.  12 nəfər üzvdən ibarət olan bu quruma Yaşlılar Şurası rəhbərlik edir.

Türk ənənələrini yaşadan hunzalar 900 ildən çox müstəqil həyat tərzi keçiriblər.

Çin və Əfqanıstan sərhədində, Pakistanın Kəşmir şəhəri yaxınlığında yaşayan hunzalılar qışda -50 dərəcə, yazda isə həddindən artıq istidən yaşamağı bacarırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9318
avatar

Nigar Adil

Oxşar yazılar