Cənubi Afrikanın Johannesburq şəhərində yük maşını ilə daşınan zürafə ölüb. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, zürafənin ölümünə səbəb başının magisrtal yolda yerləşən körpüyə dəyməsi olub.
Bu hadisə heyvansevərləri ayağa qaldırıb və ölkədə böyük mübahisələrə səbəb olub. Sürücü polisə izahatında zürafənin ölümünə səbəb kimi körpünün alçaq olmasını görsədib.
Heyvansevərlər dərnəyindən verilən açıqlamada isə qeyd olunur ki, üstü açıq maşınlarda zürafələrin daşınması yolverilməzdir.