Zərifdən sərt bəyanat: “Qərb seçim etməlidir”
11 iyul 2015 03:28 (UTC +04:00)

Zərifdən sərt bəyanat: “Qərb seçim etməlidir”

“Altılıq” ölkələri nüvə razılaşması və İrana qarşı sanksiyaların saxlanması arasında seçim etməlidir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanada bəyan edib.

 

“Qərb ölkələrinin mövqelərində müşahidə olunan dəyişiklik və hədsiz tələblər razılaşmanı mümkünsüz edir. Bu dövlətlər nüvə razılaşmasının əldə edilməsi və sanksiyalar rejiminin davamı arasında seçim etməli olacaqlar. Biz dəfələrlə bəyan etmişik – razılaşma və təzyiq metodları bir-biri ilə uzlaşmır. Tarazlaşdırılmış və ədalətli saziş üçün siyasi iradə nümayiş etdirilməlidir”, deyə M.Zərif bildirib.

 

İran XİN rəhbəri əlavə edib ki, yekun razılaşmanın əldə edilməsi üçün rəsmi Tehranın nümayəndə heyəti danışıqları davam etdirməyə hazırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar