Zəlzələ nəticəsində 62 nəfər yaralandı
25 sentyabr 2015 06:47 (UTC +04:00)

Zəlzələ nəticəsində 62 nəfər yaralandı

0

İndoneziyanın Qərbi Papua əyaləti yaxınlığında 6,6 bal gücündə zəlzələ baş verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Mərkəz məlumat yayıb. Əsas təkandan sonra 4,3 və 3,9 bal gücündə daha iki  afterşok qeydə alınıb.

 

Zəlzələnin episentri Soronq şəhərindən 28 km aralıda 24 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.

 

Məlumata görə, yeraltı təkanlar 15 saniyə hiss edilib, bir neçə evin divarları uçub, pəncərələr  qırılıb.

 

Son məlumata görə, 62 nəfər xəsarət alıb, 200 evə ziyan dəyib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar