Zaur Dadayev Nemtsovu qətlə yetirdiyini inkar etdi
01 aprel 2015 18:42 (UTC +04:00)

Zaur Dadayev Nemtsovu qətlə yetirdiyini inkar etdi

 

 

Rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan Zaur Dadayev günahını inkar edib.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva şəhər Məhkəməsində keçirilən prosesdə Z. Dadayev qətl baş verən zaman şəhərin başqa rayonunda olduğunu bildirib.

 

“Şahidlərim və alibim var”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, məhkəmə prosesi zamanı Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Z. Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib. O qeyd edib ki, təqsirləndirilən Həmzət Baxayevin cinayətdə əlinin olması Z. Dadayevin ifadəsi ilə təsdiqlənib. Öz növbəsində Z. Dadayev bu ifadələri təzyiq altında verdiyini bəyan edib.

 

Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12