Zaqreb meri yenə həbs olundu
11 mart 2015 06:13 (UTC +04:00)

Zaqreb meri yenə həbs olundu

Bir müddət əvvəl pul girovu müqabilində azadlığa çıxan Xorvatiya paytaxtı Zaqreb şəhərinin meri Milan Bandiç ona qarşı başlanmış cinayət işinin istintaqına əngəl törətdiyinə görə yenidən həbs olunub. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, məhkəmə həbs qərarını onunla əlaqələndirib ki, Bandiç azadlıqda olarkən şahidlərə təzyiq göstərib və sənədləri saxtalaşdırmağa cəhd edib.

 

Qeyd edək ki, 59 yaşlı  Milan Bandiç korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə  həddini aşdığına görə  2014-cü ilin oktyabrında həbs olunub. Lakin ölkə tarixində ən böyük pul girovu müqabilində (2 mln avro) azadlığa buraxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar