Rusiyanın Zabaykalye bölgəsində hərbi anbarda baş verən partlayış nəticəsində ölənlərin sayı artmaqdadır.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, azı 7 nəfər həlak olub.
Mənbə bildirib ki, hərbi anbarın mühafizə edən daha 4 nəfər İtkin düşmüş sayılır. Məlumata əsasən, 17 nəfər tibbi yardım üçün müraciət edib, onlardan birinin vəziyyət daha ağırdır, 3 nəfər ağır dərəcədə yanıb, daha üç nəfərin yanığı orta dərəcəli sayılır.
Yerli hakimiyyət bildirib ki, Karım rayonunun Böyük Tura qəsəbəsinin əhalisi qonşu Darasun qəsəbəsinə köçürülüb.
Partlayış görə Çita - Karım sərnişin qatarının reysləri təxirə salınıb.
***
20.25
Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun başçılığı ilə Zabaykalyeyə təcili olaraq xüsusi komissiya yollanıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, komissiya oradakı hərbi anbarda baş verən yanğının səbəbini araşdıracaq.
Mənbə bildirib ki, anbardakı yanğın lokallaşdırılıb. Bir müddət öncə hərbi anbarda yanğın baş verdiyi və 400 nəfərin köçürüldüyü haqda xəbər yayılmışdı.