APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu Fransa daxili işlər naziri Bernar Kaznev deyib.
Hadisə ölkənin şərqində - Sar-Yunyonda baş verib. Nəticədə 400-dək məzar təhqir olunub.
Cinayətkarların məsuliyyətə cəlb olunacağını deyən B. Kaznev baş verənləri antisemit və utancverici addım adlandırıb.