Yunanlar da etiraza qalxdılar
23 iyun 2015 02:01 (UTC +04:00)

Yunanlar da etiraza qalxdılar

0

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, minlərlə nümayişçi Sintaqma meydanına Avropa Birliyinin bayraqları və “İstənilən anlaşma Avrozonadan çıxmaqdan yaxşıdır!” şüarı ilə çıxıb.

 

Mitinqçilər həmçinin, polisdən tələb edirlər ki, parlamentin ətrafını Avropa Birliyi ilə əlaqələri qırmaq tərəfdarı olan solçu hərəkatların fəallarından təmizləsin.

 

Bu ərəfədə 7 min insan ölkə paytaxtında aksiya keçirərək, kreditorların israrla Afinadan tələb elədiyi sərt iqtisadi siyasətə etiraz eləmişdilər.

 

Bazar ertəsi Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bəyan edib ki, Avropa Birliyinin institutları borclarla bağlı yunan  hökumətindən təkliflər alıblar və onları öyrənirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar