Yunanıstanın maliyyə naziri istefa verdi
06 iyul 2015 12:04 (UTC +04:00)

Yunanıstanın maliyyə naziri istefa verdi

 

 

Yunanıstanın maliyyə naziri Yanis Varufakis istefaya gedib.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Y. Varufakis bildirib ki, onun vəzifədə qalması Afina ilə kreditorlar arasındakı danışıqları mürəkkəbləşdirir: “Referendumun nəticələrinin elan olunmasından sonra mənə məlumat verdilər ki, danışıqların avropalı iştirakçılarından bir hissəsi və digər “tərəfdaşlar” məni danışıqların iştirakçısı kimi görmək istəmir və Tsipras onlar üçün daha əlverişli fiqur kimi qiymətləndirilir”.

 

Y. Varufakis baş nazir Aleksis Tsiprasın və hökumətin siyasətini tam dəstəklədiyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar