Yunanıstanın baş naziri Türkiyəyə səfər edəcək
03 noyabr 2015 00:39 (UTC +04:00)

Yunanıstanın baş naziri Türkiyəyə səfər edəcək

0

Yunanıstanın baş naziri Aleksis Tsipras Türkiyənın baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbə qazanması münasibəti ilə təbrik edərək tezliklə Türkiyəyə səfər edəcəyini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Aleksis Tsipras telefon danışığı zamanı regionda müşahidə edilən gərginlik şəraitində iki ölkə arasında açıq diplomatik kanalların saxlanılmasının vacibliyini qeyd edib. Tərəflər bu kontekstdə qaçqın problemini müzakirə ediblər.  

 

Tsipras Davudoğlunun dəvətini qəbul etdiyini təsdiqləyib: “Artıq yaxın zamanda baş tutacaq səfərin tarixi müəyyənləşdirilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar