Yunanıstanın aqibətinə bu gün axşam aydınlıq gələcək
12 iyul 2015 07:04 (UTC +04:00)

Yunanıstanın aqibətinə bu gün axşam aydınlıq gələcək

Avroqrup (avrozona ölkələrinin maliyyə nazirlərinin şurası) Yunanıstan üzrə 9 saat davam edən və nəticəsiz yekunlaşan iclasından sonra planlaşdırılan mətbuat konfransını ləğv edib.  "Avroqrupun toplantısı sona çatıb,  Yunanıstana dair yekun qərar Aİ-nin iyulun 12-də  keçiriləcək sammitində veriləcək". APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Maltanın maliyyə naziri Edvard Şikluna bildirib.


”Dolğun diskussiya aparıldı, Yunanıstana dair yekun qərarı artıq bu gün dövlət başçıları verəcək”, deyə o bildirib.

 

“Diskussiya bazar günü nazirlər və dövlət başçıları səviyyəsində davam etdiriləcək”, deyə nazir əlavə edib.   

 

Qeyd edək ki, bu məlumatı həmçinin Avroqrupun sədri Yerun Deyselblum təsdiqləyib.

 

“Biz görüşümüzü yekunlaşdıraraq sabah 11.00-da (Bakı vaxtı ilə 14.00-da) davam etdirmək qərarına gəldik. Çox dolğun diskussiya aparıldı, diskussiya çox mürəkkəb keçir. Maliyyə dəstəyi və Yunanıstan tərəfinə etimad məsələləri hələ də açıq qalmaqdadır”, deyə Avroqrup rəhbəri bildirib.   

 

Qeyd edək ki, Avroqrup bu gün saat 15.00-da (Bakı vaxtı ilə 18.00-da) Yunanıstana dair qərarını Aİ sammitinə təqdim etməlidir.  Qurum çox çətin seçim qarşısındadır: ya Yunanıstana üçüncü yardım proqramının tətbiq edilməsini tövsiyə etməli, ya da ölkənin avrozonadan müvəqqəti, yaxud birdəfəlik kənarlaşdırılmasını nəzərdə tutan  Yunanıstanın idarəolunan defolt proseduruna başlamalıdır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385

Oxşar yazılar

Bu əraziyə qar yağdı,  şaxta var

Bu əraziyə qar yağdı, şaxta var

24 may 2025 , 15:22
Çində insanabənzər robotlar döyüşdürüldü

Çində insanabənzər robotlar döyüşdürüldü

24 may 2025 , 07:32
"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

"Mazda" Rusiyada avtomobil satışlarını bərpa etdi

24 may 2025 , 05:02
Rusiya Odessanı ballistik raketlərlə  vurdu: ölənlər var

Rusiya Odessanı ballistik raketlərlə vurdu: ölənlər var

23 may 2025 , 23:23
Kişi arvadının ögey atası  oldu - GÖRÜN NECƏ?

Kişi arvadının ögey atası oldu - GÖRÜN NECƏ?

23 may 2025 , 18:56
12-ci mərtəbədən  yıxılan qadın sağ qaldı

12-ci mərtəbədən yıxılan qadın sağ qaldı

23 may 2025 , 18:01
Türkiyədə DƏHŞƏT:  ölən turistin ürəyini oğurladılar

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

23 may 2025 , 15:27
Alimlər səkkizinci  qitəni tapdılar - TƏFƏRRÜAT

Alimlər səkkizinci qitəni tapdılar - TƏFƏRRÜAT

23 may 2025 , 15:13