Yunanıstan paytaxtı Afinanın yaxınlığında 5,4 bal gücündə zəlzələ olub.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, yeraltı təkanlar Afinadan 89 km cənubda baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə xəbər yayılmayıb.