Yunanıstanın sahil mühafizə xidməti bildirib ki, Egey dənizində, Samos adası yaxınlığında qanunsuz mühacirləri daşıyan qayğını aşması nəticəsində azı 20 nəfər ölüb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bir neçə nəfər itkin düşmüş sayılır. 36 mühacir xilas edilib.
Məlumata əsasən, axtarış-xilasetmə işləri davam etdirilir.