O ölkədə həyat dayandı: <span style="color:red;">bütün sektorlar tətil edir
04 fevral 2016 13:34 (UTC +04:00)

O ölkədə həyat dayandı: bütün sektorlar tətil edir

0

 

Yunanıstanda kütləvi tətil başlayıb.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sosial sığortalarla bağlı qanuna qarşı çıxan Həmkarlar İtitfaqları bu gün Klatmonos meydanında, Kommunist partiyasının qolu olan PAME Omonoia meydanında, kiçik sənaye və ticarətlə məşğul olanlar isə eyni saatda Mitrpoleosda toplanacaq.

 

Məlumata görə, bugünkü tətilə özəl sektorda çalışan həkimlər, əczaçılar, diş həkimləri və fizioterapevtlər də qatılır. Eyni zamanda vəkillər birinci gün, notariuslar cümə gününə qədər işə getməyəcək.

Onu da qeyd edək ki, 24 saat ərzində ölkənin bütün benzin stansiyaları bağlı olacaq. Gəmilər də limanlar da fəaliyyət göstərməyəcək. Çərşənbə günü isə taksi sürücüləri tətilə başlayır.

“Olympic Air” hava limanında çalışanların elan etdiyi 4-5 saatlıq tətil ucbatından bir çox uçuşlar təxirə salınıb.

Metro, qatar və tramvay işçiləri isə saat 10:00 dan 15:00 -a qədər işlərinə gedəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar