Yunanıstanda “sükut günü” elan edildi
19 sentyabr 2015 04:47 (UTC +04:00)

Yunanıstanda “sükut günü” elan edildi

Yunanıstanda bazar günü keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar “sükut günü” elan edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

 

“Seçkilərimizin nəticəsi bütün Avropa üçün həlledici olacaq”, deyə solçu SİRİZA koalisiyasının başçısı, sabiq baş nazur Aleksis Tsipras bildirib.

 

Qeyd edək ki, seçkiqabağı sorğuların nəticələrinə görə, A.Tsiprasın rəhbərlik etdiyi koalisiya əsas rəqibi olan “Yeni demokratiya” partiyasını 1% qabaqlayır. SİRİZA-ya respondentlərin 26,2%-i, “Yeni demokratiyaya” - 25,1%-i səs verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 79
avatar

Oxşar yazılar