Yeni yardım paketinə uyğun olaraq Avropa Stabillik Mexanizmi (European Stability Mechanism - ESM) və Beynəlxalq Valyuta Fondu (BFV) Yunanıstana 74 milyard dollar ayırmağı planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə məlumatlı mənbələrdən bildiriblər.
Avropa Stabillik Mexanizmi Yunanıstana 58 milyard avro, Beynəlxalq Valyuta Fondu isə 16 milyard avro ayıra bilər. Bundan əvvəl bildirilirdi ki, ölkənin bank sisteminin xilası üçün 14 milyard avroyadək maliyyə vəsaiti tələb olunur.
Reuters agentliyinin məlumatına əsasən, Yunanıstan hökumətinin təqdim etdiyi islahat proqramını müsbət qarşılayıblar. “Avropa Mərkəzi Bankı, Avrokomissiya və Beynəlxalq Valyuta Fondu Yunanıstanın təqdim etdiyi islahat proqramına müsbət qiymət veriblər”, məlumatda deyilir.