Yunanıstan İrana neftin daşınması üçün öz gəmilərini təklif edib
29 may 2015 02:23 (UTC +04:00)

Yunanıstan İrana neftin daşınması üçün öz gəmilərini təklif edib

Yunanıstan və İran XİN rəhbərləri Nikos Kotzias və Məhəmməd Cavad Zərif enerji sahəsində əməkdaşlığı, neftin və maye qazın daşınması üçün Yunanıstanın ticarət donanmasından istifadə edilməsi imkanlarını müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirlər Afinada keçirilən görüşdən sonra bildiriblər.

 

Qeyd edək ki,  Məhəmməd Cavad Zərif Afinaya Cenevrəyə səfəri ərəfəsində gəlib. Xatırladaq ki, Cenevrədə mayın 29-da İranın nüvə proqramına dair danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılıb.

 

İran XİN rəhbərinin Yunanıstanın baş naziri Aleksis Tsipras ilə də görüşü nəzərdə tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 164
avatar

Oxşar yazılar