Yunanıstan birinci mərhələdə Avropadan 24 mlrd avro yardım istəyəcək
02 avqust 2015 04:27 (UTC +04:00)

Yunanıstan birinci mərhələdə Avropadan 24 mlrd avro yardım istəyəcək

0

 Yunanıstan hökuməti beynəlxalq kreditorlardan ayrılacaq birinci tranş çərçivəsində 24 mlrd avroyadək məbləğdə yardım istəyə bilər. APA-nın məlumatına görə, bu barədə “Röyters” yerli KİV-lərə istinadən məlumat yayıb.  

 

Məlumata görə, qeyd olunan məbləğin bankların dəstəklənməsinə və Avropa Mərkəzi Banka olan borcların ödənilməsinə yönəldilməsi nəzərdə tutulub.  

 

Hazırda Afina Avropa Komissiyası və Beynəlxalq Valyuta Fondu ilə Yunanıstana 86 mlrdl avro yardımın ayrılması ilə bağlı danışıqlar aparır.

 

Qeyd olunan yardım paketi son 5 ildə sayca üçüncü olacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar