Yunan polisi qaçqınlara qarşı yenidən güc tətbiq etdi
06 sentyabr 2015 07:58 (UTC +04:00)

Yunan polisi qaçqınlara qarşı yenidən güc tətbiq etdi

0

 Yunanıstanın Lesbos adasında xüsusi təyinatlı polis dəstəsi etiraz aksiyası keçirən  qaçqınlara qarşı dəyənəklərdən istifadə edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The Telegraph məlumat yayıb.  

 

Məlumata görə, hazırda adada 17 minədək miqrant var.  

 

Aksiya iştirakçıları “Sığınacaq”, “Bizi Afinaya buraxın” kimi şüarlar səsləndirir.

 

Qaçqınların müəyyən hissəsinin adada artıq 2 həftədən çox müddət olduğu bildirilir.

 

Bundan əvvəl polis Lesbos adasında gəmiyə minməyə cəhd edən miqrantları dağıtmaq məqsədilə gözyaşardıcı qazdan istifadə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 415

Oxşar yazılar