Kiprin yunan hissəsində 26 yaşlı Britaniya vətəndaşından (Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün) 148 min avro dəyərində 688 bilet oğurlanıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, zərərçəkən yunan Kiprinin polisinə oğurluq hadisəsi haqda müraciət edərək, “biletlərin satışı üzrə agent” olduğunu bildirib.
Britaniyalının ifadəsinə əsasən, biletlər portfeldə olub. O, mağazaya getmək üçün maşınını 10 dəqiqəliyinə dayanacaqda saxlayıb. Oğrular avtomobildən onun kompüterini və portfeli oğurlayıblar.
Polis oğruların portfeldə biletin varlığından xəbərdar olduğunu ehtimal edir.
Hüquq - mühafizə orqanları hadisəni, eləcə də bu qədər biletin britaniyalıda olmasını da araşdırır.