Yumurta oğurlayan məmurlar həbs edildi
26 mart 2015 00:23 (UTC +04:00)

Yumurta oğurlayan məmurlar həbs edildi

Kuba məhkəməsi 18 yüksək vəzifəli məmuru yumurta oğurladıqları səbəbindən həbs edib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, məmurlar milyonlarla yumurtanı qara bazarda satmaq məqsədi ilə oğurlayıb.

 

Dövlət əmlakını mənimsəyən məmurlara 5 ildən 15 ilədək həbs cəzası verilib.

 

Həbs edilənlər arasında yumurtaların satışı ilə məşğul olan bir şirkət rəhbəri də var.

 

Ölkə prokurorluğu qeyd edib ki, məmurların cinayətkar fəaliyyəti nəticəsində dövlət büdcəsinə 400 min dollar ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar