Yoldan keçənlərə atəş açıb altı nəfəri öldürdü
21 fevral 2016 11:52 (UTC +04:00)

Yoldan keçənlərə atəş açıb altı nəfəri öldürdü

0

Naməlum şəxs ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində yoldan keçənlərə atəş açıb.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, avtomobildən açılan atəş nəticəsində altı nəfər ölüb, üç nəfər yaralanıb.

 

Yaralılardan ikisinin vəziyyəti ağırdır.     

 

“Görünür, kimsə öz avtomobili ilə hərəkət edə-edə sadəcə qarşısına çıxanlara atəş açıb”, - deyə polisdən bildirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlarında ağdərili kişini ələ keçirmək hələlik mümkün olmayıb. Polis onun içərisindən atəş açdığı və hadisə yerindən qaçdığı “Chevrolet HHR” avtomobili də axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar