Çində dünyada bənzəri olmayan otelin tikintisinə başlanıb. Lent.az-ın məlumatına görə, Böyük Britaniyanın “Atkins” şirkətinin layihəsi ilə inşa olunan 5 ulduzlu otel yerin 100 metr dərinliyində yerləşəcək. Maraqlıdır ki, 380 otaqlı binanın iki mərtəbəsi suyun altında olacaq. Yerin altında, həmçinin idman kompleksi, dərinliyi 10 metr olan akvarium tikilməsi nəzərdə tutulur.
Bina alternativ enerji ilə qızdırılacaq. Layihə dəyəri 555 milyon ABŞ dolları təşkil edən otel 2015-ci ilin əvvəlində istifadəyə veriləcək.
Yerin altında otel tikirlər
2469