Yer kürəsində 3 trilyon ağac bitir
03 sentyabr 2015 06:26 (UTC +04:00)

Yer kürəsində 3 trilyon ağac bitir

0

Alimlərin bildirdiyinə görə, Yer kürəsində təxmini olaraq 3 trilyon ağac bitir, 15 milyard isə hər il kəsilir. Bu barədə Trend TASS agentliyinə istinadən xəbər verir.

 

"Biz meşə sıxlığınının dünya xəritəsini hazırlamışıq. Bu xəritə göstərir ki, Yer kürəsində 3,04 trilyon ağac var. Bu göstərici əvvəlkilərdən daha çoxdur", - alimlər deyib.

 

Bundan əvvəl peykdən çəkilən şəkillərə əsasən 400 milyard ağac olduğu hesab olunurdu. Lakin alimlərin Amazon çayı ətrafında mindən çox sahədə apardığı hesablamalara görə, yalnız o rayonda 390 milyard ağac olduğu öyrənilib. Buna görə də, Yer kürəsinin ağac sayını yenidən müəyyənləşdirmək qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar