Yer kürəsi sakinlərinin yarısı eynək taxacaq
20 fevral 2016 05:54 (UTC +04:00)

Yer kürəsi sakinlərinin yarısı eynək taxacaq

0

Avstraliya və Sinqapur alimlərinin fikrinə görə, 2050-ci ilə qədər Yer kürəsində yaşayan insanların yarısı miopiyadan (yaxınıgörmə) əziyyət çəkəcək.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, alimlər 2 milyondan artıq iştirakçısı olan 145 araşdırmanın nəticələrini analiz ediblər.

 

2000-ci ildə dünya əhalisinin 22,9%-i müxtəlif dərəcəli miopiyadan əziyyət çəkib. Getdikcə bu rəqəmlərin artması müşahidə olunur. Alimlər hesablayıb ki, bu tendensiya saxlandıqda 2050-ci ildə dünya əhalisinin 50% miopiyadan əziyyət çəkəcək. Onlardan 10%-dən çoxunda ağır miopiya aşkar olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar