Yeniyetmələrin intiharı üzrə Rusiya dünyada ilk yerlərdədir
28 may 2014 06:45 (UTC +04:00)

Yeniyetmələrin intiharı üzrə Rusiya dünyada ilk yerlərdədir

Rusiyada yeniyetmələr arasında ölüm halları üç dəfə artıb.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Rusiya Pediatrlar Birliyi İcraiyyə Komitəsinin başçısı Aleksandr Baranov bildirib ki, yetkinlik yaşına çatmayanların intiharı üzrə RF dünyada ön sıralardadır.

Onun sözlərinə əsasən, yeniyetmələr arasında ölüm halları Avropa ilə müqayisədə Rusiyada üç dəfə artıb.

“Rusiyada 10-17 yaş arasında olan yeniyetmələrin sayı 10,7 milyondur. Körpə ölümünün sayının azalması ilə bağlı biz problemi həll etsək də, təəssüf ki yeniyetmələrin intiharı haqda bunu söyləyə bilmərik”-deyə, Baranov vurğulayıb.

O, qeyd edib ki, son on ildə yeniyetmələr arasında xəstəlik 30 faiz, xroniki xəstəlik isə 50 faiz artıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar