İtaliyanın Apellyasiya məhkəməsi keçmiş baş nazir Silvio Berluskoniyə bəraət verib.
Lent.az-ın “interfaks”-a istinadən məlumatına görə, o, yetkinlik yaşına çatmayan qadınla cinsi əlaqədə olmaqda təqsirli bilinirdi.
Ötən il iyunun sonunda məhkəmə Berluskonin 17 yaşı mərakeşli rəqqasə Karima əl-Maruk ilə seks-gecəsi keçirməkdə suçlu bilərək, 7 il azadlıqdan məhrum etmişdi.
Berluskoni isə məhkəmədə onun yetkinlik yaşına çatmadığından xəbərsiz olduğunu bildirmişdi.
2013-cü ilin avqustunda isə İtaliyanın Ali Kassasiya Məhkəməsi “Orta Şərq” işi üzrə çıxardığı qərarda Berluskoniyə qarşı irəli sürülən ittihamı təsdiqləmiş və keçmiş baş nazirin məcburi əməyə cəlb edilməsi haqda qərar çıxarmışdı.