Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ
06 yanvar 2015 01:31 (UTC +04:00)

Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ

0

Yeni Zelandiyanın Kenterberi regionunda 5,6 bal gücündə zəlzələ olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Metven şəhəri yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

Xatırladaq ki, 2011-ci ilin fevralında adıçəkilən regionunun Kraystçerç şəhərində baş vermiş  güclü zəlzələ nəticəsində ciddi dağıntılar baş vermiş, 185 nəfər ölmüşdü. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar