Rusiyanın Novokuzneçk şəhərində internet vasitəsilə ev almış Taras Yermolayev yeni mənzilində köhnə ev sahibi Dementi Saxarovun cəsədi ilə qarşılaşıb. Lent.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, T.Yermolayev D.Saxarovla hadisədən bir gün əvvəl görüşərək evin açarlarını ondan alıb. T.Yermolayev evin keçmiş sahibinin cəsədini hamam otağında qan içində tapıb. T.Yermolayevin sözlərinə görə, meyitin sifətinə küt alətlə zərbələr endirilib və onun sifəti tanınmaz halda olub.
Polisin ilkin araşdırmalarına görə, Saxarov narkotik alverçisi olub. Onun məhz bu səbəblə qətlə yetirilməsi variantı istisna olunmur.