Yeni baş katib: “Krımdakı olaylar NATO-nun önəmini bir daha təsdiqlədi ”
29 mart 2014 05:32 (UTC +04:00)

Yeni baş katib: “Krımdakı olaylar NATO-nun önəmini bir daha təsdiqlədi ”

0

“Şimali Atlantika Alyansı Avropanın təhlükəsizliyində başlıca elementdir ”.

 

Lent.az-ın “İTAR-TASS” istinadən məlumatına görə, bu bəyanatı martın 28-də təsdiqlənmiş NATO-nun yeni baş katibi Yens Stoltenberq İşçi Partiyasından olan həmkarları ilə görüşdən sonra verib.

 

 “Uzun illərdir NATO Avropanın təhlükəsizliyində əsas rol oynayır. Ukrayna və Krımda baş verənlər növbəti dəfə alyansın əhəmiyyətli olduğunu sübut etdi”-deyə, yeni baş katibi bildirib.

 

Yens Stoltenberq nüvə silahı ilə bağlı məsələyə də münasibət bildirib: “Nə qədər ki dünyada nüvə silahı var. O, NATO-ya üzv dövlətlərin də silah arsenalında qalacaq. Nüvə silahına sahib olmaq Alyansın əsas strategiyasıdır. Bu haqda 2010-cu ildə mənim də iştirak etdiyim Lissabon sammitində sənəd qəbul edilib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 571

Oxşar yazılar