Aprelin 6-da koalisiya qüvvələri Yəməndə sabiq prezident Əli Abdulla Salehin doğulduğu dağlıq Sənhan rayonuna hava zərbələri endirib.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Hazırda Yəmənin sabiq prezidentinin məhz Sənhanda gizləndiyi bildirilir.
Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.