Yəmənin paytaxtı bombalandı: 20 ölü, 50 yaralı
01 may 2015 22:14 (UTC +04:00)

Yəmənin paytaxtı bombalandı: 20 ölü, 50 yaralı

Mayın 1-də koalisiya qüvvələrinin endirdiyi hava zərbələri nəticəsində Yəmənin paytaxtı Sənada azı 20 dinc sakin ölüb.

 

APA-nın RİA Novosti agentliyinə  istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb.

 

Məlumata əsasən, koalisiya qüvvələrinə məxsus təyyarələr Sənanın şimal-şərqindəki Səvan yaşayış massivini bombalayıblar. Ərazidəki yaşayış binalarının tamamilə dağıdıldığı, ölənlərin əksəriyyətin qadın və uşaqlar olduğu bildirilir.

 

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq  koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar