Səudiyyə Ərəbistanının rəhbəri olduğu koalisiya qüvvələri Yəməndə üsyançı husilərin mövqelərinə növbəti zərbələr endirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr havadan və dənizdən Aden şəhərinin ətrafındakı obyektlərə endirilir. Bundan başqa, paytaxt Sananın ətrafında husilərin nəzarətində olan obyektlərə də hava zərbələri endirilir.