Yəməndə Türkiyə kəşfiyyatçıları tutulub
02 iyun 2015 17:29 (UTC +04:00)

Yəməndə Türkiyə kəşfiyyatçıları tutulub

0

İranın “Fars” xəbər agentliyi Yəmənin “Husi”lərin nəzarətində olan hissəsində Türkiyə xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən 8 nəfərin yaxalanması ilə bağlı məlumat yayıb. Lent.az xəbər verir ki, 8 casusun yaxalanması ilə bağlı ilk xəbəri “Husi”lərin siyasi qanadı olan “Ensarullah” hərəkatının liderlərindən Rezzak Hamid El-Amcadi verib. O əlavə edib ki, yaxalanan casuslar Türkiyə ilə yanaşı, Qatarla da sıx təmasda olub.

 

El-Amcadi casusluqda şübhəli bilinən şəxslərin ətraflı sorğu-sual ediləcəklərini deyib və onların arasında 1 Sudan vətəndaşının olmasını da əlavə edib. Lakin o, casusluq edən şəxslərin hamısının vətəndaşlığını açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar